01 
Fev
2020
21:01
2512

Gürcüstanda ərini və uşaqlarını döyən qadın saxlanılıb - VİDEO

Paytaxt Tiflisdə 33 yaşlı Moldova vətəndaşı ailə zorakılığı ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, istintaqla müəyyən olunub ki, qadın sərxoş vəziyyətdə 34 yaşlı həyat yoldaşına, həmçinin 10 və 15 yaşlı uşaqlarına "fiziki və şifahi təhqir" edib.

Daxili İşlər Nazirliyi bu faktın ilk olmadığını və təqsirləndirilən şəxsin ailə üzvlərinə qarşı zorakılıq hərəkətlərinin əvvəldəndə olduğunu bildirib.

Faktla bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxsi bir ildən üç ilə qədər həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın