03 
Fev
2020
20:46
890

Yaşlı qadın şəhər təmizlik xidməti avtomobilinin təkərləri altında can verdi

Batumidə 81 yaşlı qadın şəhər təmizlik xidməti avtomobilinin təkərləri altında qalaraq həyatını itirib.

InterPress.ge İctimai Televiziya istinadən xəbər verir ki, qəza səhər saat yeddi radələrində Kobaladze və İnasaridze küçələrinin kəsişməsində baş verib.

Sürücü hadisədən sonra polisə təslim olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, "Yol hərəkəti təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması" maddəsi ilə cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın