05 
Iyn
2020
12:47
3002

Bolnisinin Kəpənəkçi kəndində cinayət hadisəsi baş verib

Gürcüstanın Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində silahlı insident olub.

InterPress.ge xəbər verir ki, hadisə ötən gecə kəndin Cala adlanan ərazisində baş verib.

Məlumata görə, hadisə zamanı kənd sakini, iki uşaq atası olan İ.Z baş və bədən nahiyəsindən vurularaq qətlə yetirilib.

Cinayətin mübahisə zəminində baş verdiyi bildirilir. Ölən şəxsin meyiti tibbi ekspertiza üçün Rustavi şəhərinə aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb edilib, faktla əlaqədar saxlanılanlar var.

Bizimlə əlaqə saxlayın