01 
Mat
2020
12:30
1162

Marneulidə yerləşən Nəriman Nərimanov abidəsinin təmir işləri aparılır - FOTO

Marneulidə şəhərinin mərkəzində yerləşən Azərbaycanın görkəmli dövlət xadimi və yazıçısı Nəriman Nərimanovun heykəlinin bərpasına başlanılıb.

Bu haqda InterPress.ge-yə Marneuli meri Zaur Darğallı məlumat verib.

Məlumata görə, təmir işləri Marneuli meriyası tərəfində həyata keçirilir, bərpa işlərinin ilkin mərhələsində heykəlin postamentindəki köhnəlmiş mərmər lövhələr yeniləri ilə əvəzlənib. Heykəlin əsaslı bərpa İşləri bir neçə gün davam edəcək. Bu il ərzində heykəlin yerləşdiyi parkın da abadlaşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, 1980-ci illərin əvvəllərində ucaldılan heykəl ötən ilin sentyabrından qəzalı vəziyyətdə idi. Marneuli sakinləri abidənin baxımsız vəziyyətdə olmasından narahat idilər.

Qeyd edək ki, bu il Nəriman Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. 1870-ci ilin aprelin 14-də Tbilisidə anadan olan böyük yazıçı bir neçə il Marneuli rayonunun Qızılhacılı kəndində müəllim və həkim kimi fəaliyyət göstərib.

Foto: "Göz Qabağında" facebook səhifəsindən götürülüb

 

Bizimlə əlaqə saxlayın