28 
Mat
2020
10:52
1457

Günəş şüaları KORONAVİRUSU məhv edə bilərmi? - Tanınmış həkim SİRLƏRİ AÇDI

Koronavirusun fəsillə bağlılığı suallar doğurur.

InterPress.ge xəbər verir ki, rusiyalı allerqoloq-immunoloq Georgi Vikulov "Komsomolskaya pravda" radiosuna müsahibəsində yay fəslinin yeni tip virusu məhv etməsi ilə bağlı suallara aydınlıq gətirib:

"Əksər insanlar adi qripin mövsümdən asılı ola biləcəyinə inanır. Məsələn, yazda insan bədəni zəiflədiyi üçün virusa yoluxma ehtimalı artır. Adi qrip yoxdur, epidemiya və pandemiya var. Rusiyada yayılan qrip epidemiyadır. Koronavirus infeksiyasına gəldikdə, indiyə qədər ultrabənövşəyi şüaların bu infeksiyaya ölümcül təsir göstərdiyinə dair inandırıcı dəlil yoxdur. Bunu nəzəriyyə ilə deyil, praktiki şəkildə, yəni elmi araşdırmalarla sübut etmək lazımdır. COVID-19 koronavirus infeksiyasının görünməmiş formasıdır. Payız fəslində infeksiyanın artması barədə yayılan fikirlər isə öz sübutunu tapmayıb. Müxtəlif ssenarilər baş verə bilər. Koronavirusun tam lokallaşdırılması MERS sindromunda olduğu kimi müəyyən müddətdən sonra reallaşa bilər".

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri