1 USD =3.288 GEL 1 EUR =3.842 GEL 1 AZN =1.935 GEL 1 TRY =0.422 GEL 1 RUB =4.171 GEL
26 
Apr
2020
22:19
15163

Hərkəsi Şok edən Gürcüstan səmasında ard-arda düzülən ulduza oxşar nədir? AÇIQLAMA - VİDEO

SpaceX şirkətinin peyk internet xidməti Starlink, bu ilin ortalarında pulsuz internet layihəsinə başlayacağını daha öncə oxuyucularımıza xəbər çatdırmışdıq.

InterPress.ge bildirir ki, Elon Maskın sahibi olduğu SpaceX şirkəti, dünyanın çatıla bilməyən hər nöqtəsinə pulsuz internet üçün Starlink internet peykinini kosmosa çıxarır.

Şirkət, hər il yeni Starlink peykləri çıxararaq dünya orbitində internet şəbəkəsi quracaq və buradan Dünyaya internet çıxışını təmin edəcək.

Xatırladaq ki, SpaceX şirkətinin başçısı Qvin Şotvel, Starlink peyk internet xidmətinin 2020-ci ilin ortalarında ABŞ-da istifadəyə təqdim ediləcəyini bildirmişdi. Bu tarixə qədər əlavə 6 ya da 8 ədəd Starlink çıxarılacağını açıqlayan Qvin Şotvel, 2020-ci ilə qədər cəmdə neçə ədəd Starlink peykinin orbitdə olacağını isə deməmişdi.

SpaceX, cəmdə 42 min Statlink peyki kosmosa çıxarmağı düşünür. Şirkət mərhələli olaraq bütün dünyaya peykdən internet əlaqəsi təmin etməyi planlaşdırır.

2021-ci ildə isə dünya üzrə istifadəçilər, bir ədəd fərdi Starlink terminalı istifadə edərək, peyk internet xidmətinə çata biləcək. Bu anda bu terminallardan biri də SpaceX baş icraçı direktoru (CEO) Elon Maskın evində var. Mask, keçən il bu terminaldan peyk internetinə bağlanaraq tweet atmış və "bu tviti, kosmosdakı Starlink peykləri üzərindən göndərirəm" yazmışdı.

Qeyd edək ki, Starlink peykləri 335 km yüksəklikdə orbitə yerləşdiriliblər, məqsəd isə keyfiyyətli və ucuz interneti dünyanın hər bir tərəfinə yaymaqdır. Internet sürəti təxminən 1 Gbps olacaq Ping isə 27-30 arası olması gözlənilir. Hal-hazırda 420 ədəd Starlink peykləri orbitə yerləşdirilib. Elon Musk ardıcıl olaraq hər ay 60 ədəd Starlink peyklərini dünyanın orbitinə yerləşdirməyi hədəfləyir.

Əgər sizdə Starlink peyklərini görmək istəyirsinizsə Google Play Store-dan "Find Starlink Satellites" adlı tətbiqi yükləyərək, peyklərin nə zaman görünəcəyi haqqında məlumat ala bilərsiniz.

Bizimlə əlaqə saxlayın



Digər "maraqlı" xəbərləri