09 
İyn
2020
13:54
1854

Gürcüstanın universitetləri dünyanın ən yaxşı universitetlərinin neçənci sırasındadır?

Gürcüstanın üç universiteti dünyanın ən yaxşı iki min universitetinin siyahısına daxil edilib.

InterPress.ge xəbər verir ki, bu Dünya Universitetləri Reytinq Mərkəzinin (CWUR) reytinqinə əsasən bildirilib.

Dünyanın iki min ən yaxşı universitetinin CWUR reytinqi, təhsilin keyfiyyətini, əmək bazarında məzunlara olan tələbatı və universitetlərin təqdim etdiyi sorğu və məlumatlardan istifadə etmədən qiymətləndirən yeganə universitet reytinqidir.

Reytinqə görə Gürcüstanın lider universiteti İvane Cavaxişvili adına Dövlət Universiteti 885-ci yerdə qərarlaşaraq dünyanın ən yaxşı universitetlərinin ilk minliyinə daxil olub.

CWUR reytinqində İlia Çavçavadze Dövlət Universiteti 1473 yerdə qərarlaşıb və Gürcüstanın ikinci ən yaxşı universiteti seçilib.

Top iki minliyə düşən üçüncü Gürcüstan unversiteti, Texniki Universiteti olub. Dünya üzrə reytinqdə 1.746 yerdə qərarlaşıb.

Ardıcıl doqquzuncu ildir dünya sıralamasında lider olan Harvard Universiteti, yeddi göstəricidən altısında dünyada birinci, təhsilin keyfiyyətinə görə üçüncüdür. Reytinqdə ikinci və üçüncü yeridə isə Massaçusets Texnologiya İnstitutu və Stanford ABŞ universitetləri qərarlaşıblar.

Bizimlə əlaqə saxlayın

Digər "maraqlı" xəbərləri