19 
Fev
2020
16:57
2745

Gürcüstana hansı məhsulları keçirmək olar? - SİYAHI və LİMİTLƏR

Gürcüstana idxalına icazə verilən və qadağan edilən məhsullar məlum olub.

İnterPress.ge xəbər verir ki, ölkəyə silah, partlayıcı, radioaktiv maddələr, narkotik və psixotrop dərmanların idxalı qadağandır. Dərmanları ancaq müalicə üçün ehtiyacı olan şəxslərə həkim resepti olduğu halda özü ilə birlikdə daşımağa icazə verilir. Bundan əlavə, onların həcmləri Gürcüstanda qalmağı planlaşdırdığı müddətə uyğun olaraq dəqiq hesablanmalıdır.

Spirtli içkilər və siqaratin idxalına isə məhdudiyyət tətbiq edilir. Gürcüstan gömrüyündən araq və digər spirtli içkiləri 2 litr, şərab 4 litr, pivəni isə maksimum 16 litr keçirməyə icazə verilir.

Siqaretlərə gəldikdə, 200 ədəd siqaret, 50 ədəd siqar, digər tütün məmulatları isə 200 ədəd miqdarında idxal edilə bilər. Uşaqlara isə spirt və ya tütün məmulatları qadağandır.

Ərzaq məhsullarına tətbiq edilən limit 30 kiloqramdır. Özünüzlə keçirmək istədiyiniz pul və qiymətli kağızların ümumi məbləği 30 min lariyi (təxminən 10,5 min dollar) keçə bilməz. Antikaların və sənət əsərlərinin idxalı yalnız əlavə icazə və sertifikatla həyata keçirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri