24 
Apr
2020
11:19
4290

Koronavirusun Gürcüstana verdiyi fayda - Açıqlama

Tbilisidə və bütövlükdə Gürcüstanda havanın çirklənmə səviyyəsi son dövrdə xeyli azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Agentliyi Facebook-da məlumat verib.

"Bu, əsasən nəqliyyat vasitələrinin hərəkətinin kəskin azalması ilə əlaqədardır. Xüsusilə havada azot dioksidinin miqdarı azalır, bu da nəqliyyat vasitələrindən atılan tullantıların azalması ilə əlaqədardır", agentliyin açıqlamasında deyilir.

Havanın çirklənməsində azalma koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət tətbiq olunandan sonra başladı. Fövqəladə hallar çərçivəsində bütün bələdiyyə nəqliyyatının hərəkəti dayandırıldı və aprelin 17-dən 27-dək avtomobillərin hərəkəti də qadağan edildi. Xüsusi icazələri olan avtomobillər, motosikletlər və velosipedçilər istisna olmaqla, şəhərin küçələri tamamilə boşaldı. Bütün bunlar təkcə paytaxtın deyil, bütün Gürcüstanın ekoloji vəziyyətinə müsbət təsir göstərdi.

Bizimlə əlaqə saxlayın