23 
Iyn
2020
20:49
1047

Bir ildə 107 milyon sərnişin- Dünyanın ən işlək hava limanı hansı ölkədədir

Bu gün ki gündə gediş – gəliş üçün ən tez və komfortlu nəqliyyat vasitəsi təyyarədir. Dünya miqyası ilə çox sayda hava limanları açılır və bununla da yeni aviareyslər əlavə edilir. Bu isə hava ilə gediş- gəlişi daha da intensiv edir. TravelTrivia hər gün minlərlə sərnişinə xidmət göstərən dünyanın ən işlək 4 hava limanını açıqlayır.

4. Los Angeles beynəlxalq hava limanı (LAX)

Los- Angelesin beynəlxalq hava limanı ABŞ-ın Şərq sahilində ən iri hava limanıdır. Bu hava limanı keçən il 87 milyon sərnişinə xidmət göstərib. Aeroportda bütünlükdə 9 terminal və 130 keçid var. Qeyd edək ki, bu hava limanı 1930 – cu ildə inşaa edilib və ondan sonra bir neçə dəfə genişlənib. 2028 ci ildə Los- Angeles olimpiya oyunlarına ev sahibliyi edəcək. Bundan dolayı yeni terminallar tikilir.

3. Dubay beynəlxalq hava limanı ( DXB)

Dubayın beynəlxalq hava limanı hər il 89 milyon sərnişinə xidmət edir. Hava limanında dünyanın ən böyük terminalı- Terminal 3 var. Dubayın beynəlxalq hava limanı 1960- ci ildə inşaa edilib və o zamanlar yalnız regionlara uçuşu əhatə edirdi. Bu gün isə ən tranzit hava limanlarından biridir.

2- Pekinin beynəlxalq hava limanı ( PEK)

Pekinin beynəlxalq hava limanı Çinin əsas hava limanıdır. Bu hava limanı il ərzində 100 milyon sərnişin qəbul edir. Hava limanı inşaa edildikdən sonra bir neçə dəfə genişlənib və müəyyən vaxt ərzində bölgənin əsas hava limanlarından birinə çevrilib.

  1. Atlantiya beynəlxalq hava limanı ( ATL)

Atlantiya beynəlxalq hava limanı bu gün ki gündə dünyanın ən yüklü hava limanıdır. O 1925 ci ildə inşaa edilib və tezliklə ABŞ-ın ən böyük hava limanlarından birinə çevrilir. Qeyd etmək lazımdır ki, onun hər ildə yeni terminalları və “ Qeytlər”- i əlavə edilir. O bu statusu 1998 ci ildə alıb və hələ də bu günə kimi qoruyub saxlayır.

Bizimlə əlaqə saxlayın