25 
Iyl
2020
09:36
1535

İyul ayında yolka qurub, fişəng atıb, 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan “Burger King” olub.

InterPress.ge-nin “Daily Storm”a istinadən məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraqlı rolik hazırlayıb.

“2020 - sınaq ili oldu. Və biz bu işi görürük ki, onu tez bitirək”, - deyə “Burger King”in nümayəndəsi bildirir.

Videoda ,həmçinin, insanlardan 2020-ci il barədə təəssüratlarını bölüşmələri istənilir. Onların əksəriyyəti baş verənlərdən yorulduqlarını və bu ili başa çatdırmağın vaxtı olduğunu deyiblər.

Bizimlə əlaqə saxlayın