13 
Avq
2020
23:18
5045

Gürcüstan Azərbaycanlısı Googa ləqəbli gənc Tik-Tok fenomeni oldu

Qoruxmaz Vəliyev 1996-cı ilin 21 avgustunda Gürcüstanın Tbilisi şəhərinin Poniçala (soğanlıq) bölgəsində dünyaya göz açıb.

InterPress.ge xəbər verir ki, o, bir neçə ildir ki, Rusiyanın Rostov-na-donu oblastında yaşayır.

Xəbər portalımıza eksklüziv müsahibəsini sizlərə təqdim edirik.

Googa ləqəbilə Q. Vəliyev Tik-Tok və İnstagramda son zamanlar insanların böyük rəğbətini qazanıb.

O, "Canım ay Gürcüstan ", " Canım ay Azərbaycan " sözləri ilə məhşurlaşaraq 44 min izləyici kütləsi toplaya bilib.

Qorxmaz deyir ki, "hər iki ölkə Gürcüstan və Azərbaycan mənim üçün doğma və əzizdir".

"Doğma vətənim Gürcüstan, milli vətənim isə Azərbaycandır", - deyə Vəliyev bildirir.

O, həmçinin qeyd edir ki, Gürcüstanın acısı acımız sevinci sevincimiz olduğu kimi, Azərbaycanında acısı acımız, sevinci sevincimizdir.

Vəliyev eyni zamnada deyir ki, artıq son günlərdi Azərbaycanın tanınmış simaları ona zəng edərək biz səninləyik deyə motivasiya verirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər