06 
Sen
2020
18:54
1149

Səhiyyə naziri hansı mülkə sahibdir?

Səhiyyə naziri Ekaterine Tikaradze tutduğu vəzifədə yarım il ərzində 32 250 lari gəlir əldə edib.

InterPress.ge xəbər verir ki, Tikaradze nazir vəzifəsində 2019-cu ilin İyun ayından işləyir. O, bu vəzifəyə keçmədən öncə Saçxere rayon xəstəxanasının poliklinika birliyinin baş direktoru idi və onun 2019-cu ilin ilk yarısında gəliri 67 214 lari olub. Bu müddətdə o, həm də "Dostakari"nin icraçı direktoru vəzifəsində 23 112 lari gəlir əldə edib.

2020-ci ilin 31 avqust tarixinə olan bəyannaməsinə görə, o, 2009-cu ildə 110 min dollara aldığı Tbilisidə 760 kv/ m yaşayış evinə sahibdir.

Tikaradzenin maddi vəziyyətinə gəlincə onun müxtəlif banklarda 18 189 larisi olub. Bəyannaməyə görə, o, ROOM 404 -ün 50% -li hissədarı olub və o bundan keçən il 1444 lari gəlir əldə edib. Eyni zamanda bəyannaməyə görə, o, bu faizin artıq hissədarı deyil.

Tikaradze həyat yoldaşı və övladları ilə birlikdə yaşayır. Onun həyat yoldaşı Çxvarigamidə 2016-cı ildə 11 min dollara aldığı 1611 kv/m torpaq sahəsinə, MERCEDES G, TOYOTA CAMRİ və 2 motoskletə sahibdir ki, bundan biri 2020-ci ildə 9 min dollara alınıb. Onun bank hesabında 804 lari və 250 dolları olub. Nazirin həyat yoldaşı "Hausfaktor" un 34.4%-nin və "avtoekspertizanın" 17%-li hissədarıdır, ancaq o bundan heç bir gəlir əldə etməyib. O bəyannamədə eləcə də "Sada Sakartvelo"nun direktoru vəzifəsini tutub. O Avtoekspertizanın menecer vəzifəsindən 2019-cu ilin ilk 10 ayında 18 509 lari gəlir əldə edib.

Bizimlə əlaqə saxlayın