08 
Sen
2020
08:09
790

Şəkil çəkdirmək müqabilində hoteldə yaşamağa icazə veriləcək - FOTO

“New Shohei” hoteli pulsuz nömrələr təklif edir. Bunun müqabilində isə qonaqlar özlərinin sosial şəbəkə hesablarında məhz bu hoteldə qaldıqlarını yazmalı və fotolar paylaşmalıdır.

Bu barədə “Sora News 24” xəbər yayıb

Məlumata görə, hotel Yaponiyanın paytaxtı Tokioda yerləşir.

“Ölkədə işgüzar aktivlikdə kəskin azalma olub. Hoteldə ümumiyyətlə ziyarətçi olmadığı günlər də yaşadıq, bu səbəbdən rəhbərlik otaqları pulsuz kirayəyə vermək qərarına gəldi. Xidmət müqabilində ziyarətçilərdən burada qaldıqlarını sosial şəbəkələrində göstərmələrini və hoteldən fotoşəkil yerləşdirmələrini xahiş edirik”, - deyə hotelin nümayəndələri bildiriblər.

O da vurğulanıb ki, qonaqların tərifli rəylər yazmağı vacib deyil. Bundan əlavə, onlar hoteldə olduqları müddətdə yerlərini göstərmək istəməsələr, fotonu hoteli tərk etdikdən sonra da paylaşa bilərlər.

Bizimlə əlaqə saxlayın