14 
Okt
2021
12:14
1895

Gürcüstanın hər bir tərəfindən Mixail Saakaşviliyə dəstək üçün paytaxta doğru avtomobil karvanları hərəkət edir

"Mişaya Azadlıq" - bu şüarla Acaristanın bütün bələdiyyələrindən "Vahid Milli Hərəkat"ın tərəfdarları və liderləri konvoylarla Tbilisiyə yollanır.

InterPress.ge xəbər verir ki, mitinqin əsas tələbi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsi olacaq.

Bundan əlavə, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək aksiyasına qoşulmaq üçün Zuqdididən də Tbilisiyə konvoylar gedir.

VMH-ın yerli rəhbəri Ana Tsitlidzenin dediyinə görə, "Gül İnqilabı"ndan sonra Zuqdidi və Sameqrelodan mitinqdə iştirak etmək istəyənlərin sayı heç vaxt bu qədər yüksək olmayıb.

Ana Tsitlidzenin sözlərinə görə, bu gün Azadlıq Meydanında dünyaya özlərinə hörmət edən bir millət olduqlarını və üçüncü prezidentin oliqarxın əsirliyində olmasına icazə verməyəcəklərini göstərəcəklər.

"İnsanlar öz hesablarına gəlirlər, ailələri ilə gəlirlər və ən əsası hər biri çox yaxşı başa düşür ki,  Gürcüstanın azadlığı, Avropa gələcəyi, yaxşılığa doğru dəyişiklik Mixail Saakaşvilinin azadlığından keçir və ən əsası bu gün Azadlıq Meydanında bütün dünyaya qürurlu bir millət olduğumuzu və Gürcüstanın üçüncü prezidentinin oliqarxın əsarətində olmasına icazə verməyəcəyimizi göstərəcəyik", - deyə o söyləyib.

Azadlıq Meydanında planlaşdırılan mitinqə Potidən də yola düşüblər.

Vahid Milli Hərəkatın Poti şəhər təşkilatının sədri Darecan Çxvitaria -nın dediyinə görə, təzyiqlərə baxmayaraq, insanlar yenə də toplaşıblar. Onun sözlərinə görə, onların məqsədi üçüncü prezidenti qorumaq və onu azadlığına qovuşdurmaqdır.

“Demək olar ki, 500 nəfər azadlıq qazanmaq, Mişa Saakaşviliyə dəstək olmaq üçün, uşaqlarımızın gələcəyi üçün Azadlıq Meydanına gedir. Təzyiqlərə, maliyyə polisinə çağırılmasına və insanların toplanmasının qarşısını almaq üçün edilən bütün cəhdlərə baxmayaraq, yenə də gələcəyi, prezidentimizi qorumaq üçün gəldilər. Dəyişiklik olması üçün gedirik. Bu hakimiyyəti göndərməliyik, başqa çıxış yolu görmürük", - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər