15 
Okt
2021
13:36
7061

Vəkil Saakaşvilinin azad olunması ilə bağlı açıqlama verdi

"Mixail Saakaşvili ilə görüşəcəyik və onunla bütün zəruri məsələlər, o cümlədən azad edilməsinin qanuni yolları haqqında danışacağıq".

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvilinin vəkili Beka Basilaia bu barədə Rustavi şəhərindəki 12 -ci cəzaçəkmə müəssisəsinə getdikdən sonra bildirib.

Onun sözlərinə görə, gürcü cəmiyyəti Mixail Saakaşvilinin niyə azadlığa buraxılmalı olduğu sualına dünən aydın cavab verib.

“Mixail Saakaşvili bu hakimiyyətin siyasi girovudur, ona qarşı heç bir məhkəmə prosesi keçirilmir və ədalət mühakiməsi aparılmır. O azad edilməlidir, çünki Gürcüstanın əsirlikdə olan üçüncü prezidentə ehtiyacı yoxdur. Bunun açıq mesajı insanların ürəkdən gələn istəyi idi və bu, dünən müşahidə edildi. Mixail Saakaşvili ilə görüşəcəyik və onunla bütün zəruri məsələlər, o cümlədən azad edilməsinin qanuni yolları haqqında danışacağıq.

Hər şeydən əvvəl, ən təsirli yol Salome Zurabişvilinin qərar verməsidir. Siyasi işlərdə azad etmək haqqında qərar qəbul etdiyinə dair presedentlərimiz var, ancaq Gürcüstanın siyasi tarixində Mixail Saakaşvilidən daha böyük bir şəxs olmayıb", - Beka Basilaia deyib.

Bizimlə əlaqə saxlayın