16 
Okt
2021
11:07
678

Son sutkada koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 5 076 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 657 753 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 126 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 609 987 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 44 nəfər ölüb və ölənlərin ümumi sayı 9 440 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın