05 
Mar
2024
08:41
1020

Ərəbistanda Gürcüstan üçün bazar açılacaq

Aqrar məsələlər komitəsinin iclasında Gürcüstan hökuməti tərəfindən ratifikasiyaya təqdim edilmiş “Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” müzakirə olunub.

InterPress.ge xəbər verir ki, Parlamentin yaydığı məlumatda qeyd edilir ki, saziş qüvvəyə mindikdən sonra Gürcüstan üçün 10 milyonluq bazar açılacaq.

Gürcüstan üçün sözügedən sazişin bağlanması tarif güzəştləri baxımından da “effektiv olacaq”.

“Bazar Birləşmiş Ərəb Əmirlikləri tərəfindən açılıb və Gürcüstan məhsullarının 97,5%-i BƏƏ-yə tarifsiz, sıfır vergi ilə daxil olacaq. Buna görə də, yalnız 2,5% istisna olaraq qalır. Gürcüstan tərəfində tariflər 4,5% səviyyəsində saxlanılıb. Bundan əlavə, Gürcüstan tərəfi həm ilkin, həm də emal olunmuş məhsulların əhəmiyyətli hissəsini istisnalar halında qoyub. Təqdim olunan saziş Gürcüstandakı müəssisələrə öz məhsullarını tarif və qeyri-tarif maneələri olmadan əlavə istehlak bazarına çıxarmağa imkan verəcək. Bu da öz növbəsində ölkənin iqtisadi inkişafına və ölkədə məşğulluğun artmasına töhfə verəcək. Bu, həmçinin birbaşa xarici investisiyaların Gürcüstana daxil olmasını əhəmiyyətli dərəcədə stimullaşdıracaq”, - deyə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Qenadi Arveladze bildirib.

Bizimlə əlaqə saxlayın