Gürcüstan sərhədləri bu ölkələr üçün açıqdır - SİYAHI
Hal-hazırki mərhələdə Avropa İttifaqının 27 üzv ölkəsindən 5 ölkəsinə ( Almaniya, Fransa, Estoniya, Litva və Latviya ) Gürcüstan şərtsiz dövlət sərhədlərini açıb.
InterPress.ge xəbər verir ki, bu barədə hökumətin yaratdığı xüsusi veb saytda qeyd olunub.
Yuxarıda qeyd olunan ölkə vətəndaşları / daimi yaşama izni olan şəxslər istənilən növ səfərlə yalnız hava yolu ilə Gürcüstana gələ bilər.
Məsələ: Latviya vətəndaşı /oturma izni olan şəxs, Almaniyadan Gürcüstana şərtsiz daxil ola bilər. Gürcüstan sərhədini keçmədən öncə fövqəladə işlənmiş xüsusi elektron anket doldurmalıdırlar. Onlar anketə Gürcüstana daxil olmamışdan 14 gün ərzində səfər tarixçəsini, Gürcüstanda yaşayacağı yeri, əlaqə haqqında yeri və s. qeyd etməlidirlər. Onlara hava limanında PCR test ( dövlət xərci ilə ) keçiriləcək. Sərhəddə termoskrininq nəticəsi olaraq 37 dərəcə hərarəti olan şəxs tibbi müəssisəyə yerləşdiriləcək.
Gürcüstanı yaşıl siyahıya daxil edən Avropa ölkələrinin ( İtaliya, Kipr, Yunanıstan, İspaniya, İsveçrə, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Xorvatiya ) vətəndaşları Gürcüstana daxil olduqdan dərhal sonra karantinə alınacaqlar və karantin xərclərini ciblərindən ödəyəcəklər. Yuxarıda qeyd edilən 5 ölkə vətəndaşları sərhədlərin bağlı olduğu ölkələrdən Gürcüstana daxil olarsa onlar 12 günlük karantindən keçməli və karantin xərclərini də ciblərindən ödəməlidirlər.
Avropa İttifaqının Gürcüstanla sərhədlərini açmayan digər ölkələrlə ( Slovakiya, Avstriya, Belarusiya, Danya, Malta, Slovakiya, Finlandiya, Çeçenistan, Xorvatiya ) Gürcüstan da sərhədlərini açmır.
Qeyd edək ki, işgüzar səfərlər dünyanın bütün ölkələrindən öncədən müvafiq forma doldurmaqla və müvafiq sahə qurumları ilə razılıq əldə etdikdən sonra məhdudiyyətsiz həyata keçiriləcək. Gürcüstanda İşgüzar səfərdə olan şəxslər 72 saatdan bir öz xərcləri ilə koronavirus əleyhinə PCR testdən keçmələri və ya öz xərclərinə məcburi karantindən keçmələri mütləqdir. Bu şərtlər yuxarıda qeyd etdiyimiz 5 ölkəyə şamil olunmur.
Gürcüstan hökuməti yenə də Avropa İttifaqına tərəfdaş üzv ölkələr ilə aktiv əməkdaşlıq etməyə davam edir.


