İşğal qüvvələri tərəfindən Gürcüstana təxribat törədilir
"Kaspi Bələdiyyəsinin Karafila kəndinin yaxınlığındakı ərazi, işğal qüvvələri tərəfindən sərhədləşdirilir. Dövlət Təhlükəsizlik Xidməti qaynar xətti aktivləşdirərək bu haqda Avropa İttifaqının müşahidəçi misiyasına məlumat verilib".
InterPress.ge xəbər verir ki, bununla bağlı DTX məlumat yayır.
Qurumdan bildirilir ki, bu addım növbəti təxribatdır və təhlükəsiz mühitə təhlükə yaradır.
"Kaspi Bələdiyyəsinin Karafila kəndinin yaxınlığındakı ərazi, işğal qüvvələri tərəfindən sərhədləşdirilir. Dövlət Təhlükəsizlik Xidməti qaynar xətti aktivləşdirərək bu haqda Avropa İttifaqının müşahidəçi misiyasına məlumat verilib. Bu addım növbəti təxribatdır və təhlükəsiz mühitə təhlükə yaradır. İşğalçı qüvvələrin qanunsuz bu addımı Cenevrənin beynəlxalq disskusiya sədrlərinə və beynəlxalq tərəfdaşlara bildirilib ", - məlumatda qeyd edilib.


