Rikotı magistralının qalan 4 kilometrlik hissəsinin tikintisi yekun mərhələyə daxil olub
Rikotı magistralının hələ tamamlanmamış 4 kilometrlik hissəsinin tikinti–modernizasiya prosesi sona yaxınlaşır.
InterPress.ge xəbər veri ki, bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayıb.
Qurumun açıqlamasına görə, Çumateləti–Xevi istiqamətində 5 yeni körpünün və 3 zolaqlı sürətli yolun inşası aktiv fazadadır. Hazırda sahədə yamacların möhkəmləndirilməsi, drenaj kanallarının qurulması və son örtük işləri aparılır.
Açıqlamada bildirilir ki:
-
Rikotı magistralı ümumilikdə 52 kilometrlik, 4 zolaqlı sürətli yoldan ibarətdir,
-
Trasa üzrə 51 tunel və 97 körpü nəzərdə tutulur,
-
Hazırda nəqliyyat vasitələri artıq 48 kilometrlik yeni dördzolaqlı yoldan istifadə edir (51 tunel və 91 körpü ilə).
Qalan hissənin tamamlanması ilə 52 kilometrlik magistral tam istismara veriləcək.
Yeni yol nəqliyyat marşrutunu 8 kilometr qısaldır və hərəkət vaxtını iki dəfə azaldır.
Departament bildirir ki, strateji əhəmiyyət daşıyan bu layihə Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Dünya Bankı (WB) tərəfindən verilmiş kreditlər və dövlətin birgə maliyyələşdirməsi ilə həyata keçirilir. Layihənin ümumi dəyəri 2.6 milyard lari təşkil edir.


