Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tramp Fed-in yeni sədri postu üçün BlackRock-un yüksək vəzifəli rəhbəri ilə görüşəcək

184
Tramp Fed-in yeni sədri postu üçün BlackRock-un yüksək vəzifəli rəhbəri ilə görüşəcək
Dinləmək üçün basın

ABŞ Prezidenti Donald Tramp bu həftə BlackRock şirkətinin qlobal sabit gəlir istiqaməti üzrə baş investisiya direktoru Rik Riderlə görüşəcək. Görüşün məqsədi onun Federal Ehtiyat Sisteminin (Fed) yeni sədri vəzifəsinə…

ABŞ Prezidenti Donald Tramp bu həftə BlackRock şirkətinin qlobal sabit gəlir istiqaməti üzrə baş investisiya direktoru Rik Riderlə görüşəcək. Görüşün məqsədi onun Federal Ehtiyat Sisteminin (Fed) yeni sədri vəzifəsinə mümkün namizəd kimi qiymətləndirilməsidir.

InterPress.ge xəbər verir ki, bu barədə Fox Business öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Rik Riderlə müsahibə cümə axşamı Ağ Evdə keçiriləcək. Görüşdə Donald Trampla yanaşı, administrasiya rəhbəri Suzi Uayls, maliyyə naziri Skott Bessent və administrasiya rəhbərinin müavini Den Skavino da iştirak edəcək.

Məlumata görə, bu, Fed-in hazırkı sədri Cerom Pauelin yerinə namizəd kimi nəzərdən keçirilən şəxslərlə keçirilən dördüncü və sonuncu görüş olacaq. Cerom Pauelin səlahiyyət müddəti 15 mayda başa çatır.

Fox Business-in yazdığına görə, Donald Tramp Fed-in yeni sədrinin kim olacağı ilə bağlı qərarı yanvar ayında verəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

232 nəfəri məhkum əfv edildiQardabanidə iş adamına silahlı hücum olubİrakli Kirçxalia: Surroqatlıq tam qadağan ediləcək, “in vitro” isə sərt tənzimləmə altında qalacaqNika Qvaramia: “Utancverici və mənfur qərardır! Patriarxlıqla ‘razılaşmaq’ məqsədilə minlərlə qadını analıq imkanından məhrum edirlər!”Gürcüstanda surroqatlığın qadağan edilməsi ilə bağlı qərar qəbul edildiSon xəbərlərə bax →