Gürcüstanda yaşayış minimumu bir ayda 4,5 lari azalıb və 250,9 lari təşkil edib
Gürcüstanda orta istehlakçı üçün yaşayış minimumu 250,9 lari müəyyən edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti (Sakstat)nin 2025-ci ilin dekabr ayına dair açıqladığı rəsmi məlumatda qeyd olunur.
Statistikaya əsasən, yaşayış minimumu 2025-ci ilin noyabr ayı ilə müqayisədə 4,5 lari azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 20,4 lari artıb. Daha dəqiq desək, 2025-ci ilin dekabrında orta istehlakçının yaşayış minimumu 250,9 lari olduğu halda, bu göstərici noyabrda 255,4 lari, 2024-cü ilin dekabrında isə 230,5 lari təşkil edib.
Sakstatın məlumatına görə, əmək qabiliyyətli yaşda olan kişi üçün yaşayış minimumu 2025-ci ilin dekabrında 283,3 lari olub. Müqayisə üçün, bu göstərici noyabrda 288,4 lari, 2024-cü ilin dekabrında isə 260,3 lari səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, yaşayış minimumu minimal ərzaq səbəti əsasında hesablanır. Minimal ərzaq səbəti əmək qabiliyyətli yaşda olan kişinin normal həyat fəaliyyəti və əmək qabiliyyətini qoruması üçün fizioloji baxımdan zəruri olan qida məhsullarının minimum miqdarını, eləcə də zülal, yağ və karbohidrat tərkibini və kalori normasını özündə əks etdirir.


