Devdorak dərəsində təhlükə səviyyəsi aradan qaldırılıb. “Kazbegi” gömrük-keçid məntəqəsində gömrük nəzarəti prosedurları tam həcmdə bərpa olunub.
InterPress.ge xəbər verir ki, Gəlirlər Xidmətinin məlumatına görə, Gürcüstanın gömrük sərhədindən malların idxalı və ixracı, həmçinin sözügedən gömrük-keçid məntəqəsindən dövlət sərhədini keçən fiziki şəxslərlə bağlı gömrük nəzarəti prosedurları hər iki istiqamətdə maneəsiz həyata keçirilir.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, hazırda Devdorak dərəsində təhlükə səviyyəsi aradan qaldırılıb”, – deyə açıqlamada bildirilib.
