17 saylı penitensiar müəssisəyə narkotik keçirmə cəhdinin qarşısı alınıb
Xüsusi Penitensiar Xidmətin Xarici Təhlükəsizlik və İnformasiya-Texniki Təminat Departamentinin əməkdaşları 17 saylı penitensiar müəssisəyə narkotik vasitə keçirmə cəhdinin qarşısını alıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi Penitensiar Xidmət məlumat yayıb.
Qurumun məlumatına görə, ehtimal olunan cinayət əməlində müəssisəyə görüşə gələn məhkumlardan birinin ailə üzvünün əli olduğu müəyyən edilib.
“Faktla bağlı Xüsusi Penitensiar Xidmət hüquqi reaksiya verilməsi məqsədilə müvafiq materialları dərhal istintaq orqanına təqdim edib.
Xidmət penitensiar müəssisələrə daxil olan şəxsləri qadağan olunmuş əşya və maddələri müəssisəyə keçirməyə cəhd göstərməkdən çəkinməyə çağırır. Penitensiar müəssisələr müvafiq təhlükəsizlik sistemləri və nəzarət mexanizmləri ilə təchiz olunub və bu cür qanunsuz faktların aşkar edilməsi qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi ilə nəticələnəcək”, – deyə məlumatda bildirilib.


