27 
Sen
2026
10:14
129

TikToker Zurab Kençiaşvili saxlanılıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları TikTok istifadəçisi Zurab Kençiaşvilini inzibati qaydada saxlayıblar. Məhkəmə ona 20 gün müddətinə inzibati həbs cəzası verib.

InterPress.ge xəbər verir ki,  hüquq-mühafizə orqanları vətəndaş Zurab Kençiaşvilini sosial şəbəkə “TikTok” vasitəsilə vətəndaşları, o cümlədən yetkinlik yaşına çatmayan şəxsi təhqir etməsi faktı üzrə saxlayıblar.

Kençiaşvili Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi – xırda xuliqanlıqla bağlı inzibati xəta törətməkdə ittiham olunur.

Bizimlə əlaqə saxlayın