28 
Sen
2026
13:47
89

20 yaşlı gənc əlil qadını zorlama ittihamı ilə saxlanıldı

Kaxetidə 20 yaşlı gənc zorlama ittihamı ilə saxlanılıb. O, 25 yaşlı əlilliyi olan qadını zorlamaqda ittiham edilir.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə aparılır.

Məlumata görə, işə dünən məhkəmədə baxılıb və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertiza təyin edilib və hazırda istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın