01 
Okt
2026
14:30
244

15 şagirdin olduğu mikroavtobus qəzaya düşüb

Kvareli bələdiyyəsində 15 şagirdi daşıyan mikroavtobus qəzaya uğrayıb. Hadisə yeniyetmələrin Çantliskuridan Axalsoplinin 1 saylı dövlət məktəbinə aparıldığı zaman baş verib.

InterPress.ge xəbər verir ki, şahidlərin sözlərinə görə, mikroavtobus minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində iki şagird müxtəlif sınıq xəsarətləri alıb. Digər yeniyetmələrə isə profilaktik məqsədlə ilkin tibbi müayinə keçirilib.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Bizimlə əlaqə saxlayın