04 
Okt
2026
16:03
95

Marneuli şahmatında daha bir uğur: Qasım Əliyev II dərəcənin qalibi oldu

Marneulidə şahmat adına daha bir uğur əldə olunub. “Tea House” şahmat klubunun üzvü Qasım Əliyev II dərəcə yarışlarını qalib kimi başa vurub.

InterPress.ge xəbər verir ki, 3-4 oktyabr 2026-cı il tarixlərində Tbilisidə Gürcüstan Şahmat Federasiyasının təşkil etdiyi dərəcə yarışlarının yekun oyunları keçirilib. Qasım Əliyev II dərəcə yarışında mümkün 7 xaldan 6 xal toplayaraq turnirin qalibi olub.

Bu qələbə ilə Qasım Əliyev I dərəcə yarışlarında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, Qasım Əliyev Marneulinin “Tea House” şahmat klubunun üzvüdür və əldə etdiyi bu nəticə klub üçün də əlamətdar uğur hesab olunur.

Bizimlə əlaqə saxlayın