07 
Okt
2026
10:58
67

Rustavidə yeni həbsxana açılacaq

Rustavidə yeni penitensiar müəssisə istifadəyə veriləcək. Yeni cəzaçəkmə müəssisəsinin 2027-ci ilin əvvəlində məhkumları qəbul edəcəyi bildirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, yeni müəssisə 150 məhbus üçün nəzərdə tutulub.

“Rustavidə yaxın aylarda yeni penitensiar müəssisə açılacaq. Onun tikintisi demək olar ki, artıq başa çatıb. Yeni müəssisə üçün müvafiq kadr resurslarının olması zərurətindən irəli gələrək, gələn ilin büdcəsində müvafiq ştat cədvəli nəzərdə tutulacaq. Buna uyğun olaraq, gələn il, 2027-ci ilin əvvəlində yeni müəssisə artıq məhkumları qəbul etməyə hazır olacaq”, – Ədliyyə Nazirliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın