09 
Okt
2026
11:46
104

Marneulidə azyaşlı nəvəsini məcburi nikaha cəlb edən nənə saxlanılıb

Marneulidə azyaşlı nəvəsini iradəsinin əksinə olaraq kənd sakini ilə evlənməyə məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailənin yetkinlik yaşına çatmayan üzvünü nikaha məcbur etməkdə şübhəli bilinən bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs gender ayrı-seçkiliyi zəminində və dözümsüzlük motivi ilə azyaşlı nəvəsini öz iradəsinin əksinə olaraq kənd sakini ilə evlənməyə məcbur edib.

Aparılan istintaq tədbirləri nəticəsində qadın təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11¹-150¹-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın