09 
Okt
2026
19:54
77

Gürcüstanda nəqliyyat vasitələrinin yaratdığı səs-küy üçün icazə verilən həddin 85-dən 100 desibelə qaldırılması müzakirə olunur

“Hazırda səs-küy həddi 85 desibeldir. Həddin 100 desibelə qaldırılması təklifi var. Bu məsələ ilə bağlı fəal iş aparılır və çox yaxın zamanda qərar qəbul ediləcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində bildirib.

Baş nazirin sözlərinə görə, əhali küçələrdə nəqliyyat vasitələrinin yaratdığı həddindən artıq səs-küydən tez-tez şikayət edir və bu səbəbdən müəyyən məhdudiyyətlər tətbiq olunur.

Kobaxidze bildirib ki, Daxili İşlər Nazirliyi müvafiq federasiya ilə birlikdə məsələ üzərində fəal işləyir. Onun sözlərinə görə, məqsəd həm həddindən artıq səs-küyün qarşısını almaq, həm də nəqliyyat vasitələri sahiblərinin maraqlarını nəzərə almaqdır.

“Bir tərəfdən, həddindən artıq səs-küy yaxşı deyil, digər tərəfdən isə nəqliyyat vasitələri sahiblərinin maraqları var və bunlar da nəzərə alınmalıdır. Söhbət həddin 85 desibeldən 100 desibelə qaldırılmasından gedir. Daxili İşlər Nazirliyi işi davam etdirir və çox yaxın zamanda qərar qəbul ediləcək”, – deyə İrakli Kobaxidze bildirib.

 

Bizimlə əlaqə saxlayın