10 
Okt
2026
11:08
229

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev qanun layihəsi təqdim edib

“Gürcü Arzusu” partiyasının deputatları “İcra icraatı haqqında” qanuna dəyişiklik layihəsi hazırlayıblar. Təklifə əsasən, hamiləlik, doğuş və uşağa qulluqla bağlı dövlət müavinətlərinə icra prosesi çərçivəsində həbs qoyulmayacaq və həmin vəsaitlər borcun tutulmasına yönəldilməyəcək.

InterPress.ge xəbər verir ki, qanun layihəsi parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsinin iclasında deputat Savalan Mirzəyev tərəfindən təqdim olunub.

Komitənin iclasında çıxış edən Savalan Mirzəyev bildirib ki, hamiləlik və doğuşa görə ödənişli məzuniyyət, eləcə də uşağa qulluq üçün ödənişli məzuniyyət müddətində dövlət büdcəsindən hökumətin müəyyən etdiyi məbləğdə pul yardımı verilməlidir.

Qanun layihəsinə əsasən, Gürcüstan hökumətinin müvafiq qərarı ilə bu müavinətlərin ümumi məbləği maksimum 2 000 lari müəyyən edilib.

Dəyişiklik qəbul olunacağı təqdirdə, borclu olan hamilə qadınlara və ya valideynlərə dövlət tərəfindən ödənilən analıq və uşağa qulluq müavinətləri icra prosesi zamanı tutulmadan qorunacaq.

Qanun layihəsinin müəllifləri parlament üzvləri Rati İonatamişvili, Savalan Mirzəyev, Zaza Lominadze, Aluda Qudauşauri, Salome Cincolava, Tornike Fağava, Sumbat Kuruqyan, Zurab Kadaqidze, Anton Obolaşvili, İrma Zavradaşvili, Rima Beradze və Mariam Laşxidir.

Bizimlə əlaqə saxlayın