17 
Dek
2020
19:49
1041

Remdesivir kimlərə təyin ediləcək? - AÇIQLAMA

"Remdesivir yalnız xəstəxanaya yerləşdirilən xəstələrdə istifadə ediləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçvadze bildirib.

Onun sözlərinə görə, evdə və otellərdə müalicə olunan xəstələr üçün Remdesivir istifadəsi qadağandır.

"Qəfildən hamının Remdesivir etdirmək istəməyəcəyi barədə müəyyən bir gözlənti və təhlükə var. Bu, elementar və məntiqi baxımdan mümkün olmayacaqdır. Hər kəsə Remedisivirin bütün xəstələr üçün lazım olmadığını, üstəlik bəzi xəstələr üçün bunun əks təsiri olduğunu və digər dərmanlar kimi istifadə edilə bilməyəcəyini bildirmək istəyirəm. Remdesivir kimə lazımdır? Həm xəstələr, həm də hər şeydən əvvəl həkimlər yaxşı yadda saxlayın: Remdesivir yalnız xəstəxanaya yerləşdirilən xəstələrə verilir. Xəstəxanadan kənarda, evdə və oteldə xəstələrə yazılmır, qadağandır. Remdesivir yalnız oksigen asılılığı olan və ya oksigen tədarükünə ehtiyac duyan xəstələrə təyin edilir. Xəstənin əlavə bir oksigen tədarükünə ehtiyacı yoxdursa, Remdesivirə də ehtiyac yoxdur",-dedi Çerçvadze.

Bizimlə əlaqə saxlayın