22 
Mat
2020
10:01
437

Gürcüstan prezidenti diplomatlarla görüşdü

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə akkreditasiya olunan diplomatik korpusun nümayəndələri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, dövlət başçısı səfir və diplomatlara Gürcüstanda fövqəladə vəziyyətin elan olunması barədə məlumat təqdim edib.

S.Zurabişvili həmçinin görüş iştirakçılarını koronavirusla bağlı ölkədə mövcud vəziyyət haqqında məlumatlandırıb.

Görüşdə Gürcüstanın xarici işlər naziri David Zalkaliani, Avropa İttifaqının səfiri Karl Xartsel, Türkiyə səfiri Fatma Ceren Yazqan, Çin və digər ölkələrin diplomatları iştirak ediblər. Azərbaycanı görüşdə ölkənin Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılovvə konsul Ramel Lətifov təmsil ediblər.(report)

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri