22 
Mat
2020
10:07
426

Gürcüstanda parlament seçkiləri təxirə salına bilər

“Gürcüstanda builki parlament seçkiləri ölkədə fövqəladə vəziyyətin ləğvindən 6 ay sonra keçiriləcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin xüsusi iclasında çıxışında bildirib.

O, seçkilərin müddətinin dəyişdirilməməsi üçün fövqəladə vəziyyətin qoyulan vaxtda başa çatacağına ümid etdiyini deyib.

Qeyd edək ki, koronavirusla bağlı ölkədə aprelin 21-dək fövqəladə vəziyyət elan olunub. Parlament seçkilərinin oktyabrda keçirilməsi planlaşdırılıb.(report)

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri