26 
Mat
2020
17:24
1206

Gürcüstan quru sərhədlərindən ölkəyə girişlə bağlı qaydaları sərtləşdirib

Koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Gürcüstan quru sərhədlərindən ölkə ərazisinə giriş qaydalarını sərtləşdirib.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan Baş Nazirinin rəhbərlik etdiyi Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən bundan sonra ölkə ərazisinə quru yolu ilə yalnız “Qırmızı Körpü” (Azərbaycan-Gürcüstan), “Sadaxlı” (Gürcüstan-Ermənistan), “Sarp” (Gürcüstan-Türkiyə) və “Kazbegi” (Gürcüstan-Rusiya) sərhəd-keçid məntəqələrindən daxil olmaq mümkün olacaq.

Qeyd edək ki, martın 21-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət elan edilib. Bu vaxta qədər ölkə ərazisində 79 nəfərdə virusa yoluxma təsdiqlənib.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri