27 
Mat
2020
19:23
893

İqtidar fövqəladə vəziyyətlə bağlı məhdudiyyət qaydalarının icra edilməsinin monitorinqini sərtləşdirir

Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə, koronavirusla bağlı qüvvədə olan idarələrarası koordinasiya şurasının növbəti iclası keçirildi.

InterPress.ge 1tv-yə istinadən xəbər verir ki, şura iclasında bütün Gürcüstan miqyasında qüvvədə olan fövqəladə vəziyyət zamanı qoyulan məhdudiyyətlərin və həmçinin Marneuli və Bolnisi munisipalitetlərində karantin rejimi qaydalarının icra edilməsi məsələləri müzakirə olundu.

Daxili İşlər Naziri Vaxtanq Qomelauri bəyan etdi ki, hüquqmühafizə orqanlarının nümayəndələri 24 saatlıq rejimdə, karantin qoyulan ərazilərdə nəzarət edirlər və karantin qaydalarını pozan hər kəs müvafiq şəkildə, qanunla cəzalandırılacaq.

Koordinasiya şurasının fəaliyyətinə Gürcüstan parlamenti və prezident administrasiyası da fəal şəkildə qoşulublar.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri