28 
Apr
2020
15:32
883

Gürcüstanın Lentexi rayonunda və Xidisğuri kəndində sərt karantin rejimi aradan götürülür

"Lentexi və Xidisğuridə xüsusi rejim aradan götürülür, lakin fövqəladə vəziyyətlə nəzərdə tutulmuş mədudiyyətlər qüvvədə qalır".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin məsləhətçisi, İrakli Çikovani bildirib.

Onun dediyinə görə, necə Lentexi munisipalitetində, eləcə də Xidisğuri kəndində əhəmiyyətli tədbirlər görüləcək.

“10 apreldən Lentexi munisipalitetində və 13 apreldən Xaşuri munisipalitetinin Xidisğuri kəndində xüsusi sərtləşdirilmiş rejim qüvvədədir. Bunun çərçivəsində də 4 500 isana bir neç dəfə termoskrininq edildi. Bu gündən hər iki coğrafi məntəqədə xüsusi rejim aradan qaldırılır, lakin fövqəladə vəziyyətlə nəzərdə tutulmuş mədudiyyətlər qüvvədə qalır.

Necə Lentexi munisipalitetində, eləcə də Xaşuri munisipalitetinin Xidisğuri kəndində əhəmiyyətli tədbirlər görüləcək. Bütün kontaktlar öyrənilib. Hər bir insan maksimal şəkildə yoxlanılıb”, – İrakli Çikovani dedi.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri