30 
Apr
2020
11:02
451

Gürcüstan Çindən 52 ton tibbi məhsul alıb

Gürcüstan Çindən 52 ton müxtəlif tibbi vasitə və ləvazimat idxal edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının növbəti toplantısında bildirilib.

Tibbi təyinatlı məhsullara koronavirusu sürətlə aşkarlayan 40 min test, 20 min anticism testi, həmçinin müxtəlif fərdi qoruyucu vasitələr və digər ləvazimat daxildir.

Videokonfrans formatında keçirilən iclasda həmçinin qeyd olunub ki, bu günə qədər 8 372 Gürcüstan vətəndaşının xarici ölkələrdən təxliyəsi həyata keçirilib, 16 302 vətəndaşa isə yerlərdə müvafiq kömək göstərilib.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri