05 
May
2020
12:50
3337

Hökumət Administrasiyasının rəhbəri komendant saatının götürülməyindən danışdı

"Komendant saatı olduqca mühüm bir vasitədir, heç kəs deməsin ki, onun qaldırılması yaxınların evinə qonaq getməyə, süfrə açmağa və vaxt keçirməyə tamah yaratmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədəq Gürcüstanın Hökumət Administrasiyasının rəhbəri, Natia Mezvrişvili Gürcüstanın Birinci Kanalının “ Moambe “ informasiya buraxılışında bildirib.

"Komendant saatı ilə bağlı bu qədər sualın olması mənim üçün bir az anlaşılmazdır. Aydındır ki, bütün bunlar vətəndaşlar üçün diskomfort təşkil edir, lakin epidemioloji nöqteyi-nəzərdən bu məhdudiyyətin olması əsaslandırılıb və bu, digər başqa məhdudiyyətlər kimi, məsəl üçün- uçuşların dayandırılması, avtomobillərdə 3 nəfərlik məhdudiyyət öz nəticəsini göstərib. Bu sonuncu ilə bağlı da suallar mövcuddur", - dedi Natia Mezvrişvili.

Natia Mezvrişvilinin qiymətləndirməsinə görə, komendant saatı halında məsələ olduğca sadədir. Bu hərəkətliliyi azaltmaq üçün bir vasitədir.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri