05 
May
2020
16:15
2488

İrakli Kobaxidze parlament seçkilərinin vaxtını dedi

"Fövqəladə vəziyyətin 1 ay müddətində uzadılması zərurəti yaransa, bu halda belə müvafiq müddətdə Konstitusiya dəyişiklikləri qəbul etmək imkanına sahib olacağıq. Müvafiq olaraq, 31 oktyabr tarixində Parlament seçkilərinin yeni sistemlə keçirilməsi ilə bağlı heç bir təhlükə mövcud deyil".

InterPress.ge xəbər verir ki, bu haqda Parlament əksəriyyətinin nümayəndəsi, İrakli Kobaxidze bəyan etdi.

Onun dediyinə görə, fövqəladə vəziyyətin sonlanmasına üç həftə qalıb və fövqəladə vəziyyət müddətinin uzadılması ilə bağlı qərar hadisələrin inkişafına müvafiq olaraq müəyyənləşdiriləcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri