1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
16 
May
2020
04:03
1313

İrakli Okruaşvili sərbəst buraxıldı - Sərbəst buraxıldıqdan sonra təşəkkür etdi

"İvanişvili bizi uzun müddət həbsxanaya salacağına dair asanlıqla yerinə yetirilən yeganə vədi verdi, hətta o, bunuda edə bilmədi".

InterPress.ge xəbər verir ki, bu barədə həbsdən azad edilən İrakli Okruaşvili bildirib.

Qalib Gürcüstan liderinin sözlərinə görə, 8 Mart razılaşmasının tam şəkildə yerinə yetirilməsi üçün Giorgi Ruruanın sərbəst buraxılması lazımdır.

O, ABŞ və Aİ-nin Gürcüstandakı səfirlərinə məhbusların azad olunmasına verdiyi töhfələrə görə təşəkkür etdi.

"Mən bütün müxalifət liderlərinə və ABŞ və Aİ-nin Gürcüstandakı səfirlərinə, həmçinin senator Riş və cənab Kubiliusa təşəkkür edirəm, əgər səyləri olmasaydı, bu nəticə ola bilməzdi" dedi Okruaşvili.

Xatırladaq ki, Gürcüstan Prezidenti 15 may tarixində "Avropa Gürcüstanı" liderlərindən biri Gigi Ugulava və keçmiş müdafiə naziri İrakli Okruaşvilini əfv etdi.

İrakli Okruaşvili 25 iyul 2019-cu ildə saxlanılıdı. Ona "20-21 iyun tarixində Gürcüstan parlamentinin qarşısında aksiya zamanı zorakı hərəkətlərin təşkili, rəhbərliyi və iştirakında ittiham edildi. 13 aprel 2020-ci ildə Tiflis şəhər məhkəməsi Okruaşvilini günahkar hesab edərək, 5 il müddətinə azadlıqdan məhrum etdi.

Gigi Ugulavaya gəldikdə, fevralın 10-da Gürcüstan Ali Məhkəməsi paytaxt meri olarkən Tbilisi İnkişaf Fondundan ayrılan vəsaitin mənimsənilməsi ittihamı ilə 3 il 2 ay həbs cəzası verilmişdi.

Bizimlə əlaqə saxlayın



Digər "siyasət" xəbərləri