18 
May
2020
23:05
2406

Sabahdan Bolnisinin bu kəndlərində sərt karantin rejimi ləğv olunur - RƏSMİ

Sabah, 19 may tarixində Bolnisi bələdiyyəsinin bir neçə kəndində sərt karantin məhdudiyyəti qaldırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə qərar, bu gün Baş nazir Giorgi Qaxarinin rəhbərliyi ilə idarələrarası kordinasiya şuranın iclasında müzakirə edilən epidemioloji vəziyyətin təhlili əsasında qəbul edildi.

Bolnisi bələdiyyəsinin aşağıdakı kəndlərində sərt karantin rejimi qaldırılır:

Naxiduri (Arıxlı)

Parizi (Muğanlı)

Tsurtavi (Kolagir)

Xidiskuri (Həsənxocalı)

Muxrana (Daşdıqullar)

Balaxauri (Sisqala)

Mtsqneti (Əsmələr)

Daba Tamarisi

Qeyd edək ki, bu kəndlərdə, bütün Gürcüstan ərazisində tətbiq olunan fövqəladə vəziyyət rejimi çərçivəsində digər məhdudiyyətlər qüvvədə qalacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri