19 
May
2020
14:19
263

İrakli Kobaxidze: "Müxalifət konstitusiya dəyişikliklərini dəstəkləməsə, bu onların siyasi məsuliyyəti olacaq"

"Konstitusiya dəyişiklikləri biz tərəfdən tamamilə dəstəklənəcəkdir. Müxalifətə gəldikdə, sözsüz ki, bu onların qərarı olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun nümayəndəsi, İrakli Kobaxidze deyib.

“Onlar öz sevimli sistemini tərk edə bilərlər. Bu onların seçimidir, lakin əgər konstitusiya dəyişikliklərini dəstəkləmədilərsə, bu onların siyasi məsuliyyəti olacaq”, – İrakli Kobaxidze qeyd etdi.

Onun dediyinə görə, konstitusiya dəyişiklikləri iyunun sonunda üç dinləmə ilə səsverməyə çıxarılacaq və bu sənəd onlar tərəfindən tamamilə dəstəklənəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri