20 
May
2020
08:57
251

Samadaşvili: "Avropa Parlamenti Giorgi Ruruanın azad olunmasını 8 mart razılaşması hissəsi kimi hesab edir"

"Avropa Parlamenti Giorgi Ruruanın azad olunmasını 8 mart razılaşması hissəsi kimi hesab edir, bütün şərtlər yerinə yetirilsə, müxalifət dəyişiklikləri dəstəkləməyə hazırdır".

InterPress.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkatın üzvü, Salome Samadaşvili deyib.

Salome Samadaşvilinin açıqlamasına görə, Avropalı partnyorlar ölkədə məhkəmə sisteminin müstəqilliyi problemi ilə həddindən artıq narahatdırlar.

“Bu faktiki olaraq Bidzina İvanişvili və Gürcüstanın mövcud hakimiyyətinə xəbərdarlıq və qırmızı kart idi.

Buna görə, bütün ismarıclar tamamilə hakimiyyət istiqamətinədir”, – Samadaşvili qeyd etdi və əlavə etdi ki, bütün şərtlər yerinə yetirilsə, müxalifət dəyişiklikləri dəstəkləməyə hazırdır.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri