20 
May
2020
20:41
560

Kaxa Kaladze: "Prezidentin dünənki bəyanatı ilə razıyam"

"Siyasi məhbuslarla bağlı Gürcüstan prezidenti Salome Zurabişvilinin dünənki bəyanatı ilə razıdır".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze deyib.

Kaladzenin dediyinə görə, Gürcüstanda siyasi məhbuslar yoxdur və hər şeyə öz adı verilməlidir.

“Prezidentin dünənki bəyanatı ilə razıyam, ölkədə siyasi məhbuslarımız yoxdur, cinayət işləyən konkret kriminallar var və bir-birimizə doğruyu deməliyik, hər şeyin öz həqiqi adı olmalıdır” – dedi Kaxa Kaladze.

Bu məsələnin amerikalı senatorlara çatdırılmasıı ilə bağlı suala isə, Kaxa Kaladze belə cavab verdi:

“Xarici istiqamətdə işləyən idarələrimiz, beynəlxalq partnyorlarımıza və senatorlara bu məsələ ilə bağlı maksimal şəkildə doğru məlumat çatdırmaq üçün intensiv şəkildə işləyəcəklər”.

Xatırladaq ki, dünən Gürcüstan prezidenti Salome Zurabşvili bəyan etdi ki, Gigi Uqulava və İrakli Okruaşvili haqqında “siyasi məhbus” terminini istifadə etmək, bu məsələ haqqında məlumatın olmaması deməkdir.

“Bu deməkdir ki, xarici partnyorlarımızın yanlış məlumatları var və bu da bizim məsuliyyətimizdir” – dedi Zurabişvili.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri