21 
May
2020
09:32
212

Keli Deqnan: "Gürcüstanın səhiyyə sistemi yaranan krizisə effektiv və operativ məsuliyyətlə yanaşır"

"Sevinirik ki, Gürcüstanın səhiyyə sistemi ölkədə yaranan krizisə effektiv və operativ məsuliyyətlə yanaşır və müvəffəqiyyətlər əldə edir".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan onlayn-mətbuat konfransı zamanı deyib.

Səfir covid-19-la mübarizədə ABŞ-ın Gürcüstanı təmin etdiyi yardım haqqında danışıb.

Onun dediyinə görə, ABŞ Gürcüstanla illərdir ki, səhiyyə istiqamətində də əməkdaşlıq edir.

“Bu əməkdaşlıq çərçivəsində, Gürcüstanıın səhiyyə sisteminə təqribən, 140 milyon dollarlıq investisiya qoyuldu və ABŞ Gürcüstanla əməkdaşlığa koronavirus krizisində də eyni entuziazmla yardım etməyə davam edəcək".

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri