21 
May
2020
21:01
308

Gürcüstan parlamenti fəaliyyətini distant rejimdə davam etdirəcək

Gürcüstan parlamenti fəaliyyətini distant rejimdə davam etdirəcək.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə parlamentin işçilərinin yalnız 25%-i öz iş yerlərinə qayıdacaq, qalanları isə distant rejimdə işləməyə davam edəcəklər.

İclaslara gəldikdə isə A. Talakvadze qeyd edib ki, bütün zəruri və vacib məsələlər üzrə plenar və komitə iclasları keçiriləcək, lakin tövsiyəyə əsasən, toplaşma minimuma endiriləcək, videokonfrans formatından aktiv istifadə olunacaq.

“Epidemioloji vəziyyətlə əlaqədar tövsiyələri səhiyyə xidmətləri ilə müzakirə etdik. Dünən Ümumdünya Səhiyyə Təşkilatının yerli nümayəndəliyinin rəhbəri ilə görüşdük, parlamentin fəaliyyətini necə davam etdirməyin mümkün olduğunu müzakirə etdik. Bu, addım-addım baş verəcək, işçilərimiz tədricən öz fəaliyyətlərinə qayıdacaqlar”, - deyə parlamentin sədri vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri