25 
May
2020
18:52
299

Səhiyyə naziri: “Erməni həmkarımın açıqlaması arqumentlərdən məhrumdur”

“Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın açıqlaması arqumentlərdənməhrumdur. Onun fikirləri əsassızdır və bir sıra suallar yaradır”.

InterPress.ge-nin xəbərinə görə, bunu Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterina Tikaradze deyib.

O bildirib ki, erməni həmkarı ilə əlaqə yaratmağı planlaşdırır.

“Biz pandemiya başladığı andan etibarən tez-tez telefonla əlaqə saxlayıb ölkələrimizdəki vəziyyətlə bağlı müqayisələr, məsləhətləşmələr aparmışıq. Əgər onun hər hansı bir sualı var idisə, kommunikasiya metodundan istifadə edə bilərdi və biz də onun bütün suallarını cavablandırardıq. Həmkarımın bu açıqlamanı verərkən nəyə əsaslanması bəzi şübhələr və suallar yaradır. Bunun təfərrüatını öyrənmək üçün onunla əlaqə qurmağı planlaşdırırıq”, - deyə Y. Tikaradze qeyd edib.

Xatırladaq ki, A. Torosyan iki gün öncəki çıxışında Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını, aparılan testlərin sürətli testlər olduğunu və keyfiyyətinin sual altında olduğunu deyib. O iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, xüsusilə də yük maşını sürücülərində COVID-19 virusuna çox sayda yoluxma halları müəyyən olunub. Erməni nazirin bəyanatı Gürcüstanda etirazla qarşılanıb və onun üzr istəməsi tələb edilib.

Bizimlə əlaqə saxlayın

Digər "siyasət" xəbərləri